Вернуться назад Распечатать

Ukrayna ilk dəfə İsveçin "Gripen" qırıcılarını alacaq

Ukrayna Hərbi Hava Qüvvələrinin donanması İsveçin dördüncü nəsil "Gripen" qırıcıları ilə genişləndiriləcək.

1xeber.media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini general-leytenant İvan Qavrilyuk "BBC"yə müsahibəsində bildirib .

Onun sözlərinə görə, əlavə təyyarələrin tədarükü gözlənilir. Bunlara İsveç qırıcılarından əlavə, artıq ukraynalı pilotlar tərəfindən idarə olunan Amerika "F-16-lar"ı və Fransanın "Miragelər"i daxildir.

Eyni zamanda, general-leytenant onların nə vaxt göndəriləcəyini və nə qədər olacağını açıqlamayıb.

“Onları Ukrayna üzərində havada görəndə, o zaman biləcəksiniz" - deyə, general bildirib.