Вернуться назад Распечатать

"Kiyev uşaqların yerinə onların siyahısını verib" - Lavrov

Ukraynanın İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinə təhvil verdiyi siyahıdakı uşaqların əksəriyyətinin böyüklər olduğu ortaya çıxıb.

1xeber.media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Diplomat xatırladıb ki, Kiyev çoxdan on minlərlə uşağın yoxa çıxmasından və Rusiyanın onları təxliyə etdiyindən danışırdı:

"Ukraynalılar 339 uşaqdan ibarət siyahını veriblər. Onların əksəriyyəti uşaq deyil, böyüklər olub və onların Rusiya ərazisində olması ilə heç bir əlaqəsi yoxdur", - o vurğulayıb.

Lavrov əlavə edib ki, bu siyahıda olanların əksəriyyəti Rusiyada deyil, Avropadadır.