Вернуться назад Распечатать

Tramp ABŞ-nin Rusiya sahillərinə nüvə sualtı qayıqlarını göndərdiyini etiraf etdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Rusiya sahillərinə nüvə sualtı qayıqları göndərdiyini açıqlayıb.

1xeber.media xəbər verir ki, Amerika liderinin çıxışı Ağ Evin YouTube kanalında yayımlanıb.

"Rusiya bizi bu yaxınlarda bir az təhdid etdi. Mən nüvə sualtı qayıqlarını - indiyə qədər yaradılmış ən ölümcül silahları - Rusiya sahillərinə göndərdim. Sadəcə ehtiyat tədbiri olaraq", - Tramp deyib.

O əlavə edib ki, Vaşinqton “nüvə” sözünün sağa-sola atılmasına imkan verməməlidir.

Avqustun 1-də Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə məsələlərinə dair təxribat xarakterli bəyanatlarına cavab olaraq iki nüvə sualtı qayığının “müvafiq ərazilərə” köçürülməsi barədə göstəriş verdiyini açıqlayıb.

Amerika prezidenti onu da bildirib ki, Medvedev onun sözlərinə diqqət yetirməlidir. Trampın sözlərinə görə, Medvedev özünü hələ də Rusiyanın prezidenti hesab edir.

Medvedev öz paylaşımlarında bildirib ki , ABŞ prezidenti Rusiya ilə “ultimatum oyunu” oynayır. Rusiyanın İsrail və ya İran olmadığını başa düşməlidirlər.