İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb.
1xeber.media xəbər verir ki, bu barədə ordunun "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
"HƏMAS-ın döyüş qanadının "Qəzza" briqadasının komandirinin müavini və "Zeytun" batalyonunun komandiri İmad Həsən Hüseyn Əslim zərərsizləşdirilib", - məlumatda deyilir.
İsrail tərəfinin məlumatına görə, İ.Əslim oktyabrın 7-də yaraqlıların İsrail ərazisinə basqınlarına rəhbərlik edib və Qəzzada İsrail qüvvələrinə qarşı hücumlar təşkil edib.