Avropa İttifaqında biznesin qeydiyyatını və sərhədlərarası fəaliyyətini sadələşdirəcək “EU Inc” təşəbbüsü üzrə yeni addım atılıb.
1xeber.media 1business.media-ya istinadən xəbər verir ki, Şura oktyabrın 23-də layihə üzrə danışıqlar mövqeyini qəbul edib.
Təklif olunan model şirkətlərin maksimum 100 avro qeydiyyat haqqı ilə iki gün ərzində onlayn yaradılmasını nəzərdə tutur. Sahibkarlar mövcud milli hüquqi formalara alternativ olaraq bu rejimi seçə və Aİ-nin vahid bazarında fəaliyyət göstərə biləcəklər.
Yeni çərçivə xüsusilə startapların böyüməsini və investisiya cəlbini asanlaşdırmağa yönəlib.
Qərar sistemin artıq qüvvəyə minməsi demək deyil. Növbəti mərhələdə Avropa Parlamenti ilə danışıqlar aparılmalıdır.