Ukrayna Silahlı Qüvvələrinin (AFQ) Kursk vilayətində 4 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən yem zavodunu atəşə tutmasından sonra dinc sakinlərə qarşı terror aktı ilə bağlı cinayət işi açılıb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Ukraynalı yaraqlıların Kursk vilayətinin mülki əhalisinə qarşı terror aktı törətməsi ilə bağlı cinayət işi açılıb”, - Telegram kanalında deyilir.
İlkin istintaq zamanı bu cinayətdə əli olan Ukrayna ordusunun nümayəndələri müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.