Moskva öz mövqeyini xaricdə hansısa razılaşma və ya bəzi tərəflərin səyləri ilə deyil, Rusiyanın daxilində müstəqil şəkildə formalaşdırır.
1xeber.media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində ABŞ və Ukrayna arasında aparılan danışıqları şərh edərkən deyib.
"Bizim üçün əsas xəbər buradan gələcək", - Zaxarova vurğulayıb.
Zaxarova onu da əlavə edib ki, Rusiya Federasiyasının mövqeyi ABŞ və Ukrayna arasında danışıqlardan asılı deyil.