Türkiyədə avtobus qəzasında xəsarət alan iki Rusiya vətəndaşı əməliyyat oluna bilər.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 29-da Rusiyanın Antalyadakı Baş Konsulluğundan məlumat verilib.
“Türkiyə tərəfinin məlumatına görə, Manavqat ərazisində Antalya hava limanından 25 nəfərlik turist qrupu daşıyan avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Rusiyanın Antalyadakı Baş Konsulluğu Türkiyə xidmətləri, tur operatorları və bu hadisə ilə bağlı işləyən sığorta şirkəti ilə əlaqə saxlayır. Zərərçəkənlərə yardımın göstərilməsi məsələləri nəzarətə götürülüb.