Hindistan və Pakistan sərhədində döyüşlər başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
İnternetdə yayılan görüntülərdə artilleriya atəşinin səsi görünür. Döyüşlərin Cammudakı beynəlxalq sərhəd bölgəsində getdiyi vurğulanır.
Bir saat əvvəl Hindistanın baş naziri Narendra Modi bildirib ki, ölkənin Silahlı Qüvvələri Cammu və Kəşmir bölgəsindəki terror aktına cavab tədbirlərinin metodunu, vaxtını və məqsədlərini seçməkdə tam əməliyyat azadlığına malikdir. O, həmçinin Hindistan hərbçilərinin peşəkar bacarıqlarına inamını ifadə edib.
Həmin ərəfədə Pakistanın müdafiə naziri Xavaca Asif demişdi ki, İslamabad və Yeni Dehli yaxın iki-dörd gün ərzində müharibəyə başlaya bilər. O qeyd edib ki, lazım gələrsə, Pakistan bütün gücü ilə cavab verəcək.