Vladimir Zelenski danışıqları pozmaq üçün Avropa ölkələrinə qarşı hədə-qorxudan istifadə edir.
1xeber.media xəbər verir ki, onun metodunu RİA Novosti-yə müsahibəsində belaruslu politoloq Aleksey Dzermant açıqlayıb.
"O, dalana dirənib: amerikalılar ona maliyyə və silahla kömək etməkdən imtina edirlər. O, hansısa yolla diqqəti özünə cəlb etmək üçün qorxutma metodundan istifadə edir. Bu, ilk növbədə, Avropa auditoriyasına yönəlib", - deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya köməyə ehtiyacı olan qurban kimi görünmək istəyən Zelenskidən fərqli olaraq, danışıqları pozmaqda maraqlı deyil.