1xeber.media xəbər verir ki, “The Financial Times” (FT) Ukraynanın yüksək rütbəli rəsmilərinə istinadən yazıb ki, ABŞ və Ukrayna mayın 4-dək faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı saziş imzalaya bilərlər.
Nəşr həmçinin Ukraynanın baş naziri Denis Şmıxalın Ukraynanın mineral ehtiyatlardan əldə edilən gəlirlərdəki payı məsələsində ABŞ-a güzəştlər barədə bəyanatına istinad edir.
Yerin təki sazişinin imzalanması üçün ABŞ-da gələcək danışıqlar sazişin bağlanması üçün ikinci cəhd olacaq. Fevralın 28-də Kiyev və Vaşinqton arasında sazişin imzalanması Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Donald Tramp və ABŞ vitse-prezidenti J.D.Vens arasında açıq mübahisədən sonra uğursuzluğa düçar olub. Martın 25-də Zelenski yeni saziş layihəsinin Kiyevə təhvil verilməsini, həmçinin Zaporojya Atom Elektrik Stansiyasına nəzarət üzrə danışıqları açıqlayıb.