Aİ ölkələri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığından sonra Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə dair razılığa gəliblər.
1xeber.media xəbər verir ki, bunu Almaniya hökumətinin mətbuat katibi Stefan Kornelius deyib.
Kornelius bildirib ki, Putinlə söhbətindən sonra Tramp digər siyasətçilərlə məsləhətləşib. Onların arasında Ukrayna prezidenti Vladimir Zelenski, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Giorgio Meloni, Almaniya kansleri Fridrix Merz və Finlandiya prezidenti Aleksandr Stubb var.
Mayın 19-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.Dialoq iki saatdan çox davam edib. Rusiya liderinin köməkçisi Yuri Uşakov siyasətçilərin söhbətini “işgüzar, mənalı və çox faydalı” adlandırıb.