İranlı rejissor Cəfər Pənahinin siyasi trilleri “Sadə qəza” şənbə günü Kann Film Festivalının əsas mükafatı olan “Qızıl Palma budağı”nı qazandı.
1xeber.media xəbər verir ki, Film ədalət, zorakılıq və kollektiv cəza mövzularını qaldırır.
"Bu, bəlkə də festival tarixində ən proqnozlaşdırıla bilən mükafatlardan biridir, çünki Cəfər Pənahi 20 ildə ilk dəfə Kanna gəlib. Bu, ən böyük iranlı rejissordur: o, digər iki dünya kinofestivallarının - Berlin və Venesiyada baş mükafatların qalibidir", - "İzvestiya"nın müxbiri Sergey Sıçev qeyd edib.
Tədbirdə ikinci yeri “Sentimental dəyər” filmi ilə norveçli rejissor Yoahim Trier tutub. Əsər bir ailənin tədricən dağılmasından bəhs edir.