ABŞ prezidenti Donald Tramp tədricən Ukraynadan uzaqlaşır.
1xeber.media xəbər verir ki, bunu analitik Daniel Davisə müsahibəsində Çikaqo Universitetinin professoru Con Mearsheimer deyib.
Onun sözlərinə görə, Tramp sələfi Co Baydendən fərqli olaraq Ukraynanı dəstəkləmək və Konqresdən Kiyev üçün maliyyə yardımı istəmək fikrində deyil.
"Birləşmiş Ştatlar yavaş-yavaş, lakin şübhəsiz ki, Ukraynadan uzaqlaşır. Tramp açıq şəkildə bildirdi ki, o, Bayden deyil. O, Konqresdən maliyyə tələb etməyəcək və avropalılar, şübhəsiz ki, boşluğu doldura bilməyəcəklər. Bütün bunlar onu göstərir ki, ukraynalılar məhvə məhkumdur", - professor deyib.
Bundan əvvəl Mearsheimer ABŞ və Aİ ölkələrini Ukraynada münaqişəyə başlamaqda ittiham edib. "Biz [Rusiya prezidenti Vladimir] Putini ciddi qəbul etməliyik. O, yalan danışmadı. 2022-ci ilin fevralında Ukrayna de-fakto NATO-ya üzv oldu və buna görə də silahlı münaqişə başladı", - o etiraf edib.