1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti-yə bildirib ki, Almaniya növbəti dəfə Ukrayna münaqişəsinin tamhüquqlu iştirakçısına çevrilib.
"Almaniya artıq münaqişənin iştirakçısıdır: onun texnikası və mütəxəssisləri birbaşa Rusiyaya qarşı döyüşür. Bunlar təkcə hərbi təchizat deyil. Əslində, bu, hərbi münaqişədə hibrid deyil, tam hüquqlu iştirakdır", - Medvedev qeyd edib.
Onun sözlərinə görə, buna görə də Almaniya yenidən Rusiyanın düşməninə çevrilib və onun yaratdığı nasist ideologiyasını rəhbər tutaraq yenidən müharibədə iştirak edir.
O, alman mütəxəssisləri tərəfindən alman raketlərinin buraxılmasına cavab olaraq Moskvanın AFR ərazisinə zərbə endirmək hüququna malik olub-olmayacağı sualını da cavablandırıb.
"Cavab tədbirləri ilə bağlı istənilən qərar qəbul edilə bilər", - Medvedev yekunlaşdırıb.