“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 1 iyul tarixindən dəyişikliklər tətbiq ediləcək.
1xeber.media xəbər verir ki, dəyişikliklər aşağıdakı kimi olacaq:
Qeyd olunan tarixdən “1.5 GB aylıq”, “6 saatlıq” və “Həftəsonu” internet paketlərinə yeni qoşulmalar dayandırılır. Həmçinin aylıq internet paketlərində “Pulsuz WhatsApp” kampaniyası çərçivəsində 1.5 GB, 6 GB, 12 GB, 30 GB və 55 GB paketlərində WhatsApp ilə mətnli yazışma üçün təqdim edilən 1GB həcmində əlavə ödənişsiz trafik ləğv edilir.
Qeyd olunan tarixə kimi qoşulan abunəçilər cari abunəlik ləğv edilənə qədər müvafiq internet paketlərindən ümumi əsaslarla istifadə davam edə biləcəklər. Göstərilən tarixədək aktiv edilən aylıq internet paketlərində istifadə müddəti ilə bağlı dəyişikliklər paketlərin növbəti yenilənməsindən tətbiq ediləcək.
KONKRET.az