May ayında şokolad istehsalında istifadə edilən kakaonun qiyməti bir ayda 11 faiz bahalaşıb.
1xeber.media xəbər verir ki, bu barədə “ICE Futures”, “CME Group” və “Shanghai Metal Exchange” birjalarının məlumatlarında qeyd olunub.
Bildirilib ki, statistik göstəricilərə görə, portağal suyunun qiymətində 8 faiz, düyü və yulafda isə 2,9 faiz artım olub.
“Metallar arasında platin 9,2, qalay 5,2, mis 3,1 faiz bahalaşıb. Qızılın qiymətində isə 2,9 faiz yüksəlmə qeydə alınıb. Enerji sektorunda ən çox kömür – 8,2 faiz bahalaşıb. Avropada qazın qiyməti 5,5, uran 5,4 faiz artıb”.
Bildirilib ki, mayda ən çox qəhvə ucuzlaşıb.