“Azercell”in yeni qərarına əsasən, fakturasız xətt istifadəçiləri üçün xəttin 30 gün ərzində aktiv saxlanması üçün 5 manat ödəmə tələbi tətbiq olunub. Yeni qərar abunəçilərin narazılığına səbəb olub.
Jurnalist Nigar Sabirqızı da narazı olan vətəndaşlar sırasındadır.O,özünün Facebook səhifəsində paylaşım edərək, qiymət artımına etiraz edib.
1xeber.media paylaşımı təqdim edir.
Azercell Azərbaycanın ən öndə gedən şirkətlərindən biridir. Qiymət artımına münasibət bildirməyəcəm, çünki mübahisəli məsələdir. Məni belə böyük şirkətin öz istifadəçilərinə qarşı hörmətsizliyi təəccübləndirdi. İki gündür hamı Azercell-in qiymət artımından danışır, şirkət yeni qərarını sadə dillə izah etməyi lazım bilmir. Bir şirkət sübut etdi ki, ancaq pul qazanmaq barədə düşünür, ona pul qazandıran istifadəçilər ona maraqlı deyil. Sizcə, başqa ölkədə şirkətlər öz müştərisinə belə hörmətsizlik edər? Əslində Azercell-in primitiv reklamları bu şirkət haqqında hər şeyi deyir. Təkcə onun da yox. Bizdə öz bahalı şirkətini ucuz reklam etdirmək adi haldır. Məsələn, Türkcell-in reklamları filmə bənzəyir, Azercell-in reklamları multfilmə.