Rusiya və Ukrayna danışıqların üçüncü raundunu keçirəcək, tərəflər artıq yenidən görüşmək lazım olduğuna dair razılığa gəliblər.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan TRT Haber telekanalına müsahibəsində bildirib.
"Tərəflər danışıqların növbəti raundu ilə bağlı razılığa gəliblər. Biz bu görüşü gözləyirik", - deyə Fidan telekanalda bildirib.
İki ölkə arasında danışıqların birinci raundu mayın 16-da İstanbulda baş tutub.Nümayəndə heyətlərinin ikinci görüşü iki həftə sonra, iyunun 2-də baş tutub.Amerikalı politoloq Malek Dudakov etiraf edib ki, tərəflər iyula qədər üçüncü dəfə görüşməyəcək.