Ötən gün Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub.
Məlumata görə, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib.
Onun "Pasha Holding"ə məxsus "Pashabank"da işlədiyi bildirilir.
Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və AzTV-nin xarici dildə verilişlər redaksiyasının diktoru Sabir Rüstəmovun nəvəsidir.
Publika.az