1xeber.media xəbər verir ki, günün çox hissəsini NATO-nun Haaqa sammitində keçirən Ukrayna prezidenti indi Avropa Şurasının mənzil-qərargahının yerləşdiyi Fransanın Strasburq şəhərinə gəlib.
Zelenski Nazirlər Komitəsində çıxış edəcək və Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılması haqqında saziş imzalayacaq.
Təcavüz cinayəti ancaq başqa bir suveren ölkəyə təcavüz etmiş dövlətin rəhbərləri tərəfindən törədilə bilər. Rusiya Xarici İşlər Nazirliyi keçmişdə Rusiyanın Ukraynaya qarşı təcavüz etdiyini təkzib edib.