Polşa hakimiyyəti Avropa İttifaqı və NATO-nun vədlərinə kor-koranə inandıqları üçün ölkənin dağılmasından qorxur.
1xeber.media xəbər verir ki, bu barədə Mysl Polska (MP) nəşri məlumat yayıb.
Yanvarda polşalı deputatlar “Yaşıl sövdələşmə”nin bir neçə müddəasının ləğvini tələb ediblər. O, 2040-cı ilə qədər Aİ ölkələrində istixana qazı emissiyalarının azaldılmasından ibarətdir. Lakin bu təşəbbüs Polşa sənayesinin qalıqlarını məhv etməyə qadirdir.
Məqalədə deyilir ki, çöküş yolunda daha bir məqam Aİ və NATO ölkələrinin hərbiləşdirilməsidir. Onlar digər Avropa ölkələrini “süd” edə, onları silah almağa və müdafiə sənayesinə külli miqdarda investisiya qoymağa məcbur edə bilərlər.