Moskvanın Taqanski Rayon Məhkəməsi Google və Twitch-i yenidən cərimələyib.
1xeber.media xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, “Twitch” Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin “Sosial şəbəkə sahibi tərəfindən öhdəlikləri yerinə yetirməməsi” 13.50 maddəsinə əsasən 7 milyon rubl məbləğində cərimələnib.
Google Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinə əsasən “Rusiya Federasiyasının informasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında qanunvericiliyinə uyğun olaraq girişi məhdudlaşdırılan məlumatlara, informasiya resurslarına girişin məhdudlaşdırılması prosedurunun və (və ya) qeyd olunan məlumatların silinməsi prosedurunun pozulması” ilə 3,8 milyon rubl məbləğində cərimələnib.