Kiyev artıq müharibənin tez bitəcəyini gözləmir.
1xeber.media xəbər verir ki, bunu “The Times” qəzetinə müsahibəsində Ukraynanın keçmiş müdafiə naziri Aleksiy Reznikov deyib.
Onun sözlərinə görə, Ukraynada Rusiya ilə müharibənin uzun müddət davam edə biləcəyi ilə bağlı məlumatlılıq artır. O qeyd edib ki, ukraynalılar başa düşürlər ki, “Rusiya prezidenti Vladimir Putin ölənə və ya istefaya getməyənə qədər yəqin ki, sülh olmayacaq.
“İndi diqqət danışıqlara və ya kompromislərə deyil, uzunmüddətli qarşıdurmaya hazırlaşmağın zəruriliyinə yönəlib”, - Reznikov vurğulayıb.