1xeber.media xəbər verir ki, İyulun 14-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İstanbulda danışıqlarda “qeyri-ciddi” Rusiya nümayəndə heyəti ilə bağlı dediyi sözlərdən sonra NATO-nun baş katibi Mark Rutteni tənqid edib.
Bundan əvvəl Rutte bildirib ki, Rusiya tərəfi danışıqlara “ciddi adamlar göndərməyib”.
"Məsələnin tarixini bilmədən heç bir problemi həll etmək mümkün deyil, sadəcə olaraq daha da ağırlaşa bilər. NATO rəsmilərinin savadsızlığı artıq dünyada çoxsaylı qurbanlara səbəb olub", - Zaxarova Telegram kanalında bildirib.