1xeber.media xəbər verir ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Fox News telekanalının efirində bildirib ki, Vaşinqton Ukraynaya pulsuz hərbi yardımı dayandırır.
Onun sözlərinə görə, ABŞ lideri Donald Tramp ağıllı qərar verib və NATO ilə müqavilə imzalayıb ki, ona görə Avropa və Kanada silahların pulunu ödəyəcək, ABŞ isə onları istehsal edəcək. O əlavə edib ki, Vaşinqton bu silahların Ukraynaya tədarükünə üstünlük verəcək.
"Hesab edirəm ki, bu, müharibənin sona çatması istiqamətində ciddi addımdır (...) Lakin [Rusiya Prezidenti] Vladimir Putin Ukrayna torpaqlarında müharibəni davam etdirmək qərarına gəlsə, ABŞ Ukraynanın özünü müdafiə edə bilməsi üçün Avropaya silah satacaq", - Uitaker vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna münaqişəsi ilə bağlı sülh razılaşması əldə olunmayacağı təqdirdə Moskva və onun ticarət tərəfdaşlarına 100 faizlik gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib. Ağ Ev rəhbəri Rusiya tərəfini Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı guya “boş danışmaqda” ittiham edib.