Havaların kəskin istiləşməsi insanların sağlamlığına və gündəlik fəaliyyətlərinə mənfi təsir göstərir. Xüsusilə açıq havada çalışan şəxslər üçün bu vəziyyət ciddi risklər yaradır. Mütəxəssislər bildirirlər ki, yüksək temperatur bədənə əlavə yük salır, istivurma və susuzluq kimi hallar qaçılmaz olur.
İsti hava şəraitində işçilərin hansı hüquqları var? Qanunvericiliklə bu məsələ necə tənzimlənir?
Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, əmək münasibətləri Əmək Məcəlləsi və onun köməkçi qanunvericilik aktları ilə tənzimlənir:
Həmçinin oxuyun:
FHN əhaliyə müraciət etdi
Ramil Süleymanov
“Məcəllənin 233-cü maddəsinə görə, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, həmçinin soyuq aylarda qızdırılmayan binalarda işlədikdə, iş şəraiti fasilələrlə dayandırılmalıdır. Həmçinin, havanın temperaturu 41 dərəcə, yaxud daha yüksək olduqda, isti və açıq şəraitdə çalışanlar mütləq şəkildə fasilələrlə işlədilməli, yaxud proses ümumiyyətlə dayandırılmalıdır. Eyni vəziyyət sərinləşdirici qurğular olmayan yerlərə də aiddir. Əgər bu qaydalar pozulursa, işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb oluna bilərlər”.