Bəhreyn “Patriot” zenit-raket kompleksləri üçün raketləri Ukraynaya göndərməyi planlaşdırmır.
1xeber.media xəbər verir ki, bunu ölkənin Baş naziri, krallığın vəliəhdi Salman bin Həməd bin İsa Əs-Xəlifə deyib.
O, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı jurnalistin Bəhreynin krallığın ABŞ-dan aldığı “Patriot” raketlərini Ukraynaya təhvil verməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualını cavablandırarkən deyib:
"Hazırda belə planlar yoxdur, çünki onları hazırda Bəhreyndə saxlamağa ehtiyacımız var".
Öz növbəsində Tramp isə qeyd edib ki, Bəhreyndə onlardan çox var.