İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən İsrail ərazisinə doğru atılan raketi aşkar edib və təhlükənin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri işə salınıb.
1xeber.media xəbər verir ki, bu barədə İDF iyulun 16-da özünün Telegram kanalında məlumat verib.
“Bir müddət əvvəl İsrailin bir neçə bölgəsində səslənən sirenlərdən sonra Yəməndən atılan bir raket ələ keçirilib”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, sirenalar protokola uyğun olaraq işə salınıb. Vətəndaşlardan Daxili Cəbhə Komandanlığının tövsiyələrinə əməl etmələri istənilib.