1xeber.media xəbər verir ki, İyulun 16-da Ukrayna prezidenti Vladimir Zelenski keçmiş baş nazir Denis Şmıqalın müdafiə naziri təyin edilməsi ilə bağlı Ali Radaya sənəd təqdim etdiyini açıqlayıb.
"Bu gün mən artıq Ukrayna Ali Radasına yeni müdafiə naziri kimi Denis Şmıqalla bağlı sənədlər imzalamışam. Strateji sənayelər də Müdafiə Nazirliyi vasitəsilə idarə olunacaq", - Zelenski Teleqram kanalında yazıb.
Ukrayna lideri əlavə edib ki, ölkənin Müdafiə Nazirliyi strateji sənayelərə də nəzarət edəcək. Onun sözlərinə görə, Ukrayna silah istehsalını artırmalıdır.