1xeber.media xəbər verir ki, İyulun 16-da Rusiya prezidenti Vladimir Putin Çelyabinsk vilayətinə səfəri zamanı ilboyu fəaliyyət göstərən “Prityajenie” şəhər kurortunda olub. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı parkın maketinə və dünyanın ən böyük işıqlı və musiqili fəvvarə olan “Vətənin polad ürəyi”nə baxıb.
Sahəsi 400 hektar olan park il boyu ziyarətçilərin üzünə açıqdır. Ərazisinə təhsil, muzey, ictimai, idman və mehmanxana kompleksləri daxildir. Burada həmçinin iaşə obyektləri, uşaq meydançaları, çimərlik sahəsi olan göl, bənd və bulvarlar var.