Nikol Paşinyan və komandası 5 ilə yaxındır ki, Zəngəzur dəhlizinin olmayacağını iddia etsə də, dünən keçirdiyi mətbuat konfransında Baş nazir dəhlizlə bağlı manipulyasiya xarakterli fikirlər səsləndirdi.
1xeber.media xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri yazıb.
Qəzetin məqaləsində bildirlib ki, Paşinyan manipulyasiya xarakterli fikirlərlə əslində erməniləri Zəngəzur dəhlizinin açılmasına hazırlayır.
Paşinyan Ermənistan cəmiyyətini “dəhliz” termininə neytral beynəlxalq anlayış kimi yanaşmağa dəvət edir. Qəzet xatırladıb ki, Ermənistanın özündə artıq rəsmi “Şimal-Cənub nəqliyyat dəhlizinin olduğunu xatırladan Nikol Paşinyan “dəhliz” anlayışına mənfi reaksiyanın anlaşılmaz olduğunu bildirib.
“O, ABŞ və Avropa İttifaqından Azərbaycanla Naxşıvanı birləşdirəcək Sünik yolunun (Zəngəzur dəhlizi-red.) autsorsinqi ilə bağlı təkliflər aldığını inkar etməyib, o, dəhliz məsələsinə razılıq verdiyini, lakin hələ ki kimin autsorsing edəcəyinə qərar verilmədiyini bildirib”, - qəzet yazı.
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Paşinyanın Zəngəzur dəhlizilə bağlı səslənirdiyi fikirlərə etiraz edib.
"Mətbuat konfransında Paşinyan Ermənistanın suveren ərazisindən keçən dəhlizin üçüncü tərəfə verilməsi ideyasını milli infrastrukturun, məsələn, hava limanının, dəmiryolunun autsorsingi ilə müqayisə edib. Bu müqayisə absurd, yanıltıcı və təhlükəlidir", - deyə Oskanyan etirazını özünün Facebook səhifəsində ifadə edib.