Polşa qonşu dövlətdən öz vətəndaşlarına təhlükə olmadığına əmin olduqdan sonra Belarusla sərhədi açacaq.
1xeber.media xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
O, Polşanın baş naziri Donald Tuskun bəyanatına uyğun olaraq Belarusla sərhəd-keçid məntəqələrinin tamamilə bağlanması barədə sərəncam verdiyini vurğulayıb.
Keçidlər yalnız o zaman açılacaq ki, biz Polşa vətəndaşları üçün heç bir təhlükə olmadığına 100 faiz əminik”, - Polşa Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
Sərhədin sentyabrın 11-dən 12-nə keçən gecə bağlı olacağı dəqiqləşir.
Daha əvvəl Tusk Belarusla sərhədin bağlanması qərarının Belarus və Rusiyanın “Qərb-2025” birgə hərbi təlimləri ilə əlaqədar qəbul edildiyini bildirib. Dəmir yolu üzərindəki sərhəd-keçid məntəqəsi də bağlanacaq.