Bakıda keçirilən Formula-2 üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
1xeber.media xəbər verir ki, mübarizəyə saat 14:00-da start verilib.
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib.
Məlumata görə, bolidlərdən biri sıralama turunda baryerə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti dayandırılıb.
ART GP komandasının fransalı sürücüsü Viktor Martenin idarə etdiyi bolidin qəzaya uğraması səbəbi ilə dayandırılan Formula-2 sıralama turu davam edir.
Bolid kran vasitəsilə trekdən kənarlaşdırılıb və bundan sonra yürüş davam edib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.