Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rosatom-un rəhbəri Aleksey Lixaçevi axtarışa verib.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 27-də agentliyin məlumat bazasında məlumat verilib.
TASS-ın məlumatına görə, Lixaçov barəsində cinayət işi açılıb. O, 2024-cü ildən axtarışdadır.
Bundan əvvəl, sentyabrın 16-da SBU Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilovanı axtarışa vermişdi. O, bir neçə Ukrayna cinayətində ittiham olunur və 26 noyabr 2024-cü ildən SBU tərəfindən axtarışdadır.