Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
1xeber.media xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Tablolarda həmçinin “sürüşkən yol” işarəsi qoyulub.
Hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən sürət həddinə əməl etmələri xahiş edilir.