1xeber.media xəbər verir ki, Suriya məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verib.
“2011-ci ildə Dəraa hadisələri ilə bağlı ittihamlarla Bəşər Əsədin həbsinə qiyabi order verilib”, - deyə hesabatda bildirilir.
Bundan əvvəl Suriya Xalq Məclisinə (parlament) seçkilərin vaxtı açıqlanıb. Tədbir oktyabrın 5-nə planlaşdırılıb.
Sentyabr ayında keçid dövrünün prezidenti Əhməd əl-Şaraa 58 ildən sonra ilk dəfə ABŞ-a səfər edib.
2024-cü il dekabrın 8-də silahlı müxalifət qüvvələrinin Dəməşqə daxil olmasından sonra Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkədən qaçıb.