Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, tərəflər görüşdə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının əhəmiyyətini vurğulayıb, bunun Cənubi Qafqazda sabitliyin təmin olunmasına və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.