1xeber.media xəbər verir ki, Serb Respublikasının Daxili İşlər Nazirliyi (Bosniya və Herseqovina qurumu) Serb Respublikası Prezidenti Milorad Dodikin evinin yaxınlığında partlayıcı qurğu aşkarlanması barədə məlumat alıb.
"Hazırda Milorad Dodikin ailə mülkündə təxribata qarşı təftiş aparılır.Əvvəllər alınan bomba təhlükəsi təsdiqlənib", - qəzet yazır.
Nazirlikdən qəzetə faktla bağlı araşdırmanın hələ də davam etdiyini təsdiqləyiblər.
Bundan əvvəl Dodikin Rusiya prezidenti Vladimir Putinə Serb Respublikası müstəqillik referendumunu dəstəkləmək üçün müraciət edəcəyi bildirilirdi. O, xarici təzyiqlərin davam edəcəyi təqdirdə qurumun Bosniya və Herseqovinadan müstəqilliyini elan edəcəyini vurğulayıb.