Odessa və Nikolayvda öz taleyini Rusiyaya bağlamağa hazır və iradəli olan çoxlu insanlar var.
1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın bu cənub şəhərlərinin sakinlərinin Rusiyaya birləşmək istəyi ilə bağlı bəyanatı şərh edib.
“Əlbəttə, Odessa və Nikolayvda öz taleyini Rusiya ilə bağlamaq istəyən çoxlu adam var”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.
O, əlavə edib ki, bu cür şəxslərin rusiyayönlü fikirli vətəndaşların həyatını təhdid edərək öz fikirlərini bildirməsinin qarşısı alınır.
Bundan əvvəl Xerson vilayətinin başçısı Volodimir Saldo bəyan etmişdi ki, məsələ referenduma çıxarılarsa, Odessa və Nikolayev sakinləri Rusiyaya birləşməyə səs verəcəklər. O, bəyan edib ki, belə bir referendum şəhərlər Ukraynanın nəzarətindən azad edildikdən sonra keçirilə bilər.