Goranboyda qəzaya düşən yük maşını yanıb.
1xeber.media məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan qoşulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir işıq dirəyinə çırpılıb. Qəzadan sonra anidən yük maşınında yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yük avtomobili söndürülüb,avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Qəza nəticəsində yük avtomobilinə və yol təsərrüfatına ziyan dəyib.Hadisə yerinə DYP cəlb edilib.Yolda hərəkət polis əməkdaşları tərəfindən tam bərpa edilib.
Qeyd edək ki yük maşının yük yerinə Azərbaycan Ordusuna məxsus texnika olub.
Faktla bağlı araşdırma aparılır.