Rusiya ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilə (START) ilə bağlı təklifi ilə bağlı müsbət bəyanatını alqışlayır.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 6-da Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Ötən gün ABŞ lideri Putinin START ilə bağlı təklifini yaxşı ideya adlandırıb.
Peskov brifinqdə deyib: “Biz belə bəyanatı alqışlayırıq”.

















