2023-cü ildə baş məşqçisi rusiyalı futbolçu Aleksandr Kerjakov olan “Karmiotissa” Futbol Klubunun (FK) prezidenti Stavros Dimostenus Limassolda güllələnib.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 17-də Cyprus Mail məlumat yayıb.
"Limassolun tanınmış iş adamı cümə günü səhər saatlarında güllələnib və xəstəxanaya aparılarkən magistral yolda ölüb. Polis yolun Ayia Filaki dairəsindən Troodos dairəsinə qədər olan hissəsini bağlayıb", - qəzet yazır.
Qəzetin yazdığına görə, mikroavtobus biznesmenin avtomobilini evinin düz qarşısında kəsib, bundan sonra motosikletdə olan naməlum şəxs Dimostenusu güllələyib. Oğlu hadisədən xəbər tutan kimi dərhal xəstəxanaya getsə də, magistral yolda qəza törədib. Qəzet iddia edir ki, o, daha sonra maşını saxlayıb və sürücüdən onları xəstəxanaya aparmasını istəyib.
Lakin iş adamı aldığı xəsarətlərdən sağ çıxa bilməyib. CM-nin sözlərinə görə, həkimlər onun xəstəxanada öldüyünü müəyyən ediblər.