Rusiya millisi Beynəlxalq Futbol Federasiyasının (FIFA) reytinq cədvəlində mövqeyini yaxşılaşdıraraq, 33-cü yerdən 30-cu yerə yüksəlib.
1xeber.media xəbər verir ki, reytinqlərin yenilənmiş versiyası ilə federasiyanın rəsmi saytında tanış olmaq mümkündür.
Rusiya 1530,95 xalla Norveç (29-cu) və Panama (31-ci) arasında yer alıb.
Reytinqdə İspaniya birinci (1880,76 xal), Argentina (1872,43) ikinci pilləyə yüksəlib. Fransa üçüncü yerə düşüb (1870,92). İlk onluğa İngiltərə, Portuqaliya, Hollandiya, Braziliya, Belçika, İtaliya və Almaniya da daxildir.

















