Livan məhkəməsi Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin azadlığa buraxılmasına qərar verib.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı “L’Orient-Le Jour” portalına H.Qəddafinin vəkili açıqlayıb.
Bildirilib ki, o, 11 milyon dollar ödəmək müqabilində sərbəst buraxılacaq.
Xatırladaq ki, 50 yaşlı Hannibal Qəddafi 2015-ci ilin dekabrından Livanda həbsdə idi. O, şiə imamı Musa Sədr, eləcə də onun iki tərəfdaşı jurnalist Abbas Bədrəddin və Şeyx Məhəmməd Yakubun 1978-ci ilin avqustunda Liviyada yoxa çıxması ilə bağlı məlumatları gizlətməkdə ittiham olunub.

















