ABŞ Ukraynadan hərbi pilotsuz təyyarələr almağı nəzərdən keçirməyə hazırdır.
1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Vladimir Zelenski ilə görüşü zamanı deyib.
"Bəli, edərdik", - deyə, Ağ Ev rəhbəri ABŞ hökumətinin Kiyevdən PUA almaqda maraqlı olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.

















