Rusiyanın Avropanı Amerika Birləşmiş Ştatlarına (ABŞ) uduzduğu iddia edilir.
1xeber.media xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski deyib.
"Amerikalılar hələ də Rusiya qazını Avropadan tamamilə sıxışdıracaqlar. Biz başa düşməliyik ki, müxtəlif razılaşmalara baxmayaraq, Rusiya Avropanı amerikalılara uduzub".
Zelenskinin sözlərinə görə, Ukrayna bu məqsədə çatmaqda Vaşinqtona kömək edib. Ukrayna lideri onu da qeyd edib ki, Amerika enerji şirkətləri postsovet ölkəsinin bazarına çıxmaq niyyətindədir.
Bundan əvvəl Trampın komandasının Donbasla bağlı Zelenskiyə tələb irəli sürdüyü bildirilirdi. Zelenskinin sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Steve Witkoff Donbas ərazisinin konstitusiyaya görə Rusiyanın bir hissəsi olduğunu vurğulayıb.

















