Avstraliyanın Baş naziri Entoni Albanezeyə məxsus təyyarə ABŞ-da təcili eniş edib.
1xeber.media xəbər verir ki, bu barədə SBS məlumat yayıb.
Bildirilib ki, hadisə Albanezenin ABŞ Prezidenti Donald Trampla görüşdən qayıtdığı zaman baş verib.
"Baş nazirin təyyarəsi ekipaj üzvünün tibbi yardıma ehtiyac duyması səbəbilə ABŞ-da təcili eniş edib. Vaşinqtondan Avstraliyaya uçan təyyarə Missuri ştatının Sent-Luis şəhərinə enib", - məlumatda vurğulanıb.