Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma İdarəsinin tabeliyində olan Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi maraqlı tender keçirib.
1xeber.media Tribunainfo.az-a istinadla xəbər verir ki, tenderin məqsədi bağ alətləri, avadanlıqlar və onların ehtiyat hissələrinin satınalınmasıdır.
Açıq mənbələrdə qeyd edilir ki, bununla bağlı “VNM SERVİS” MMC ilə 570 min 170 manatlıq müqavilə bağlanıb.
Qeyd edək ki, bu tenderlə BŞİH sözügedən birliyə benzinlə çalışan dəryaz, elektrikli ağackəsən, ddərmansəpən maşın, habelə budaqkəsən, yaba, kürək və digər bu qəbildən olan alətlər alacaq.
Elə həmin gün Birliyin tabeliyində olduğu Yaşıllaşdırma İdarəsi də tender keçirib. Açıqlanan nəticələrə görə, qurum yaşıllıqların salınması üçün ağac, bitki kollarının və əlaqəli malların satınalınması reallaşdırılacaq. Bu məqsədlə “EKO FERMA AZƏRBAYCAN” MMC ilə anlaşma əldə olunub. Onun dəyəri isə 222 min 20 manat təşkil edib.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma nəticəsində məlum olub ki, “VNM SERVİS” bu ilin mayında Yaşıllaşdırma Təsərrüfatı Birliyi Avtomobil Nəqliyyatı İdarəsinin də tenderinin qalibi olub. Belə ki, tərəflər avtomobil ve mexanizmlərin ehtiyyat hissələrinin ve sürtkü yağlarının satınalınmasını həyata keçiriblər. Tərəflər bu məsələdə 69 min 880 manata anlaşıblar.