Ukrayna prezidenti Vladimir Zelenski hazırkı cəbhə xəttində münaqişəyə son qoymaq ideyasını “yaxşı kompromis” hesab edir.
1xeber.media xəbər verir ki, Ukrayna liderinin bəyanatının videosunu oktyabrın 22-də Reuters yayıb.
Zelenski qeyd edib ki, ABŞ prezidenti Donald Trampla söhbəti zamanı onlar Kiyev üçün təhlükəsizlik təminatlarını və sülh yolu ilə nizamlanma yollarını müzakirə ediblər.
"O (Tramp – Red.) bizim olduğumuz yerdə dayanmağı və söhbətə başlamağı təklif etdi. Mən bunu yaxşı kompromis hesab edirəm", - Ukrayna lideri bildirib.